Məsuliyyət daşıdığınızı qəbul edirsiniz? - Deputatdan nazirə sual

ÖLKƏ
14:18 / 12.06.2020
1387

Deputat Razi Nurullayev Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında “2019-cu il dövlət büdcəsinin icrası haqqında” məsələnin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifova sual ünvanlayıb.

HİT.Az Cebhe.info-ya istinadla xəbər verir ki, Razi Nurullayev eyni sualı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmova da şamil edib:

“Hörmətli Samir müəllim, 2015-ci ildən bu sualı sizə vermək istəyirəm. Bu sualı həm də ölkənin Mərkəzi Bankının sədrinə ünvanlayıram. İstərdim ki, Elman müəllim də cavab versin. Samir müəllim, manatın dəyərdən düşməsində, maliyyə sistemimizin “Mariana çökəkliyi” dəriniyində çat verməsində, bunun nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafının ciddi ləngiməsində özünüzün məsuliyyət daşıdığınızı qəbul edirsinizmi? O zamanın və bu günün Maliyyə naziri kimi sizin məsuliyyətiniz və günahınız olmayıbmı? Cavabınıza görə təşəkkür edirəm və xahiş edirəm ki, sərt sual olsa da, bilin ki, sizə hörmətdə qüsur etmək istəməzdim və sualın sərtliyini şəxsinizə qarşı dəyərləndirməyin”.

 

0