Formula 1 Azərbaycan Qran-prisi ləğv olundu - Rəsmi 

ÖLKƏ
14:09 / 12.06.2020
1478

COVİD-19 koronavirus pandemiyası səbəbindən Formula 1 Azərbaycan Qran-prisi 2020 ləğv olunub.

HİT.Az xəbər verir ki, bu barədə “Baku City Circuit” səhifəsi məlumat yayıb.

Məlumatda həmçinin qeyd edilib ki, yarış üçün bilet alanlar biletlərini geri qaytara bilərlər. Biletləri geri qaytarmaq üçün bu linkə daxil olmaq lazımdır: //bit.ly/3gIwDPg 

***

Formula 1-in rəsmi saytı Azərbaycan, Sinqapur və Yaponiyadakı yarışların təxirə salınma səbəbini açıqlayıb. Bildirilib ki, Azərbaycanda və Sinqapurda yollarda sistemlərin quraşdırılması uzun zaman alır. Bu səbəbdən adıçəkilən ölkələrdə Qran-prini keçirmək mümkün olmayacaq. Yaponiyadakı yarışın ləğvinə səbəb ölkəyə səyahət məhdudiyyətlərinin tətbiq edilməsidir.

0