Ziya Məmmədov örüş sahəsini zəbt edib balıq yetişdirir - ÖZƏL

ÖLKƏ
14:50 / 12.06.2020
2297

Ucarın Qaradağlı kənd sakinləri bələdiyyəyə məxsus 100 hektara yaxın örüş yerlərinin qanunsuz olaraq eks-nazir Ziya Məmmədov tərəfindən zəbt edildiyini bildirirlər.

Hit.Az-ın əldə etdiyi məlumata görə, sabiq nəqliyyat naziri burada süni göllər yaradaraq balıq yetişdirir.

Kənd sakinləri bu barədə dəfələrlə ölkə rəhbərliyinə, aidiyyatı qurumlara müraciətlər ünvanlayıblar. Kəndlilərin ən çox narahat olduğu hal isə süni göllərin ərazinin daha da şoranlaşmasına səbəb olmasıdır.

2