7 ekspress marşrutunun işi dayandırılır

ÖLKƏ
16:01 / 12.06.2020
866

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteninin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunan 7 ekspress marşrut üzrə sərnişindaşımaları iyunun 16-dan dayandırılır.

BNA-dan HİT.Az-a verilən məlumata görə, metrostansiyaların fəaliyyətinin bərpa edilməsi səbəbindən ekspress marşrutlara olan sərnişin təlabatı kəskin şəkildə azalıb. Aparılan statistik təhlillər nəticəsində məlum olub ki, 7 sayda ekspress marşrut üzrə boş yürüşlərin sayının artıb rentabelliyi azalıb bu da avtobusların səmərəsiz fəaliyət göstərməsinə zəmin yaradır.

Belə ki, ekspress xətlər üzrə 9 may tarixindən öncə orta hesabla gündəlik 45-46 min sərnişin daşınması həyata keçirilirdisə metro stansiyaların fəaliyyətə başlamasından sonra daşıma tədricən azalaraq 94 %-ə dək enib və hazırda həmin xətlər üzrə 2-3 min ətrafında sərnişin səfər sayı həyata keçirilməkdədir. Qeyd olunan sayda sərnişinin metrodan istifadəsi hər hansı bir çətinlik yaratmayacaq.

Ekspress xətlərdən çıxarılan avtobuslar müsabiqə nəticəsində “BakuBus” MMC-yə həvalə edilən xətlər üzrə sərnişindaşımalara cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.


0