Eldar Əhmədov vəzifəsini itirdi - Rəis olduğu idarə ləğv edildi

ÖLKƏ
17:20 / 12.06.2020
2494

Baş Prokuror Kamran Əliyev adı mətbuatda bir çox işlərlə bağlı hallanan tanınmış məmur Eldar Əhmədovun rəis olduğu idarəni ləğv edib.

HİT.Az-ın verdiyi xəbərə görə, K.Əliyevin əmri ilə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi ilə Bakı şəhər prokurorluğunun İstintaq idarəsi birləşdirilərək Baş Prokurorluğun İstintaq idarəsi yaradılıb.

K.Əliyevin digər əmri Nemət Əvəzova yeni yaradılmış Baş Prokurorluğun İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib. E.Əhmədov Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi idi.

Qeyd edək ki, N. Əvəzov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin rəisi olub. 

0