Moskvadakı ermənilər Şuşadakı muzeyə 300 rəsm əsəri hədiyyə edib

ÖLKƏ
09:17 / 13.06.2020
837

Şuşanın tarixi abidələrini dağıdan, bu abidələrə restavrasiya adı ilə kobud müdaxilələr edərək onları erməniləşdirməyə çalışan işğalçılar, qədim Azərbaycan şəhərində 2013-cü ilin 9 may tarixində açdıqları muzeyə yeni əsərlər cəlb etməkdədir.

Erməni mətbuatı xəbər verir ki, Şuşadakı Dövlət Təsviri İncəsənət Muzeyində Moskvadakı ermənilər və erməni havdarlarının göndərdiyi 300-dən çox rəsm əsəri mövcuddur. Hansı ki, Şuşa ilə bağlı olan bu rəsm əsərlərinin təqdimatı zamanı muzey ziyarətçilərinə şəhərin tarixi, etnik tərkibi, mədəniyyəti haqqında uydurma informasiyalar verilir, rəsm əsərlərinin özünün tarixi, əks etdirdiyi məna kobud şəkildə təhrif edilir. Şuşa şəhərinin tarixi ilə bağlı ekponat və rəsmlərin hər biri ermənilərin adı, onların fəaliyyəti ilə əlaqələndirilir.

Məsələn, XVIII əsrdə Pənahxan tərəfindən salınan qala, erməni məliyi Şahnazaryana məxsus tarixi abidə kimi təqdim edilməkdədir. Məlumatda vurğulanır ki, “Tanrı memarlığının hədiyyəsi olan bu qala uzun müddət erməni şahzadələrinin evi olub”.

Göründüyü kimi, 1992-ciilin 8 may tarixində Şuşanı silah gücünə zəbt edən düşmən, bu dəfə şəhərin tarix və incəsənət müstəvisində işğalını gerçəkləşdirməkdədir. Məqsəd beynəlxalq ictimai rəydə şəhərin işğalına haqq qazandırmaq, onları “tarixi ədalətin” öz yerini tapdığına inandırmaqdır.

3
Moderator.az