Sumqayıt bulvarının yaxınlığını zibil poliqonuna çevirdilər - FOTO/VİDEO

ÖLKƏ
09:21 / 13.06.2020
1251

Sumqayıt bulvarı yaxınlığında acınacaqlı mənzərə yaranıb.

Bununla bağlı Oxu.Az-ın redaksiyasına müvafiq materiallar təqdim olunub.

Göndərilən foto və videodan aydın olur ki, ərazi zibil poliqonuna çevrilib.

Bildirilir ki, dənizin kənarındakı bu zibilxanada tikinti materiallarının qalıqlarına, müxtəlif növ tullantılara, biçilmiş ot topalarına, daş parçalarına rast gəlmək olar. Ərazidəki zibil yığnağı gündən-günə artır.

 

4