Daha bir özəl klinika fırıldaqçılıqda ittiham olunur – VİDEO

ÖLKƏ
12:02 / 13.06.2020
2426

“VİP Style Estetik və ASTHETİK LAB” klinikası müştəriləri aldatmada ittiham olunur.

Yazıçı Aysel Əlizadə Bakıda fəaliyyət göstərən “VİP Style Estetik və ASTHETİK LAB” klinikasını fırıldaqçılıqla ittiham edib.

Aysel Əlizadə bildirib ki, sözügedən klinika insanları müxtəlif kampaniya və endirim adıyla tez-tez mobil nömrəyə zəng etməklə, narahat edirlər. Halbuki vətəndaşların icazəsi olmadan onlarla əlaqə saxlayıb təkid etmək qanunla doğru addım deyil.

Klinika əməkdaşları güzəştlərdən yararlanmaq üçün klinikaya gələn qadınlara isə müxtəlif bəhanələr deyərək proseduru həyata keçirməkdən yayınırlar və müştəriyə yalnız özlərində olan kosmetoloji avadanlıqları sata biləcəklərini təklif edirlər.

“ASTHETİK LAB” Klinikasının Azərbaycanda 5 ildir fəaliyyət göstərdiyini bildirən Aysel Əlizadə bu şirkətin kimə məxsus olduğunu araşdıracağını qeyd etməklə yanaşı, qadınları diqqətli olmağa və sözügedən şəbəkənin toruna düşməməyə çağırıb.

 

1
Yenicag.az