Azərbaycanlı iş adamı Moskvada vəfat edib

ÖLKƏ
21:29 / 13.06.2020
1278

Rusiya paytaxtında azərbaycanlı iş adamı bu gün vəfat edib.

APA-nın xəbərinə görə, 1972-ci il təvəllüdlü Qurbanov İlham Ramazan oğlu mayın 30-da xəstəxanaya yerləşdirilib.

Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. İ.Qurbanovun böyrək ağrısından əziyyət çəkdiyi deyilir.

Lənkəran şəhərində anadan olan mərhum ailəli imiş, iki övladı var.

0