Sərt karantin rejimi başladı - QAYDALAR

ÖLKƏ
00:00 / 14.06.2020
1813

Bu gecə saat 00:00- dan etibarən 16 iyun saat 06:00- a qədər, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət dayandırılacaq.


HİT.Az xəbər verir ki, marketlər, bazarlar və digər bütün ticarət mərkəzləri bu müddətdə bağlı olacaq.Yaxın qohumunun yas mərasimində iştirak üçün 102 -ə, həkimə getmək üçün isə 103-ə müraciət etmək lazımdır.


Fəaliyyətinə icazə verilən sahələrdə isə əməkdaşların sayı minimuma endiriləcək.


Bu müddətdə əhalinin ərzaq tədarükünü təmin etmək məqsədi ilə yükdaşımalar həyata keçiriləcək. Özəl sektorda da bəzi sahələrin xidməti dayanmayacaq.


Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyənlər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə icaze.e-gov.az portalına daxil edilməlidir. Dövlət və özəl təşkilatlara əməkdaşlarının icazələrini aktivləşdirməzdən öncə fəaliyyət sahələrinə Nazirlər Kabineti tərəfindən icazə verildiyinə əmin olmaları tövsiyə olunur. Əks halda həmin şəxslər cərimələnə bilərlər.Vətəndaşlar mövcud icazələrinin statusuna "myGov" portalında baxa bilərlər. Ətraflı məlumat üçün 108 "Çağrı" Mərkəzi ilə əlaqə saxlamaq mümkündür.

0