Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Sabirabad rayonu, Quruzma kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Hit.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.