Kürdəmirdə karantin rejimini pozanlar cərimələndi

ÖLKƏ
19:52 / 14.06.2020
804

Kürdəmir rayonunda sərt karantin rejimini pozan şəxslərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görülür.

“Report” xəbər verir ki, 20 nəfərdən çox rayon sakini karantin rejimini kobud şəkildə pozduğuna görə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimə olunub. Rayon ərzisində 21 sürücü barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Bundan başqa rayonun Şilyan kənd sakini Məmmədov Əsəd icazəsiz olaraq mağaza işlətdiyinə görə saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Rayonun küçə və prospektlərində eləcədə bütün kəndlərində ümumilikdə 105 müvəqqəti karantin postları yaradılıb və polis gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.

0