Bakıda polislərə dəstək: İnsanlar eyvanlara çıxıb, mahnı oxudular

ÖLKƏ
20:54 / 14.06.2020
1697

Sərt karantin rejiminin ilk günündə Bakıda maraqlı hadisə yaşanıb...

Musavat.com xəbər verir ki, paytaxtın mərkəzi küçələrindən birində insanlar eyvana çıxaraq polislər üçün mahnı oxuyublar.

Müğənni Röyanın ifasındakı “Polismen” mahnısını səsgücləndirici ilə küçəyə yayan sakinlər, eyni zamanda onu birağızdan səsləndiriblər. Həmin dəqiqələrdə küçədən karantin qaydalarına nəzarət edən polislər keçib.

1