Bakıda tanınmış aparıcının avtomobilinə hücum edildi - VİDEO

09:42 / 15.06.2020
1204

ARB TV-nin efirində yayımlanan “Çıxış yolu” verilişinin aparıcısı Afət Rahilqızının maşını qarət olunub.

Redaktor.az xəbər verir ki, ötən gün səhər saatlarında tanınmış teleaparıcının maşını qarət edilib.

Belə ki, aparıcıya məxsus "Nissan Micra" avtomobilinin ön şüşəsi sındırılaraq maşına daxil olub, ona məxsus bir neçə əşyanı oğurlayıblar:

“Çox həyəcanlıyam, qorxuram. Bu hadisədən çox sarsılmışam, əsirəm hazırda. Dərhal polislə əlaqə saxladım, dedilər ki, heç nəyə toxunmayın. Polis araşdırmalar aparır. Kameramı oğurlayıblar, başqa sənədlərim və s. də var idi”.

0