Koronavirusa yoluxan azərbaycanlı həkim: Həyatımızı sizin üçün riskə atmışıq

10:12 / 15.06.2020
985

Azərbaycanda daha bir həkim koronavirusa yoluxub. O, Mərkəzi Neftçilər Xəstəxanasının həkimi, infeksionist Nicat Əzimlidir.

Bu barədə tibb işçisi sosial şəbəkə hesabı vasitəsilə məlumat verib.

“Bugünkü (dünən-red.) 387 nəfərin içində mən də varam. Və ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdur deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın, sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə”, - o, "Facebook"da yazıb.

0
qafqazinfo.az