Türkiyədən Azərbaycana qayıtmaq istəyənlərin nəzərinə: Bu xəstəxanalarda test verə bilərsiniz

ÖLKƏ
11:36 / 15.06.2020
1253

Türkiyədəki Azərbaycan səfirliyi bu ölkədə qalan və vətənə dönmək istəyən vətəndaşlara müraciət edib.

Müraciətdə Azərbaycan vətəndaşlarının təxliyyəsi üçün gərəkli olan koronavirus testinin veriləcəyi xəstəxana və qiymətlər göstərilib.

HİT.Az xəbər verir ki, səfirliklə Memorial Sağlıq Qrupu arasındakı anlaşmaya əsasən, testlər xəstxanaların təcili yardım bölməsində aparılacaq. Azərbaycan vətəndaşları üçün xüsusi olaraq 400 lirə qiymət müəyyənlşdirilib. Bura COVİD-19 paketinə PCR, qan və CRP daxildir. Vətəndaşlar xəstəxanalarda səfirlik tərəfindən göndərildiklərini bildrməklə bu qiymətdən yararlana biləcəklər.

Bu bilginin verilmədiyi təqdirdə 1300 TL qiymət müəyyən olunub. Xidmət 7 gün 24 saat veriləcək. Əvvəlcədən görüş vaxtı almağa ehtiyac yoxur.

Əlavə məlumat almaq istəyənlər pulsuz 444 7 888 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

0