Bakıda avtobus dayanacağında qadın meyiti tapılıb

12:43 / 15.06.2020
1118

Sərt karantin rejimi dövründə Bakıda avtobus dayanacağında qadın meyiti tapılıb.

Bu barədə hüquq-mühafizə orqanlarından xəbər verilib.

Məlumata görə, iyunun 14-də saat 5 radələrində Xəzər rayonu, Qala kəndində Beyləqan rayon sakini, 1980-ci il təvəllüdlü Məftun İsmayılovanın üzərində aşkar zorakılıq əlamətləri olmayan meyiti tapılıb.

Prokurorluq hazırda onun ölümünün səbəblərini araşdırır.

0
Oxu.az