"Ailənizlə iki gün ömrünüz qalmış kimi gözəl vaxt keçirin...”

ÖLKƏ
16:28 / 15.06.2020
1092

“Əslində Azərbaycanda reallıq budur ki, kişilər evdə az vaxt keçirirlər, ailəri ilə az məşğul olurlar. Buna görə də öncədən gördüyümüz işlərlə bağlı planlanma etmək lazımdır”

HİT.Az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında psixoloq Zeynəb Eyyubova iki günlük karantin rejimi haqda danışarkən deyib. Psixoloq bu günlərin yarımçıq işlərimizi tamamlamaq üçün bir fürsət olduğunu bildirib:

“İki günlük karantin rejimində hamıya səbr arzulayıram. Amma baxış bucağından, düşüncədən, məsələyə münasibətdən çox şey asılıdır. Birincisi bu günlərdə planlama etmək lazımdır və əsas vəzifə də qadınların üzərinə düşür. Əslində Azərbaycanda reallıq budur ki, kişilər evdə az vaxt keçirirlər, ailəri ilə az məşğul olurlar. Buna görə də öncədən gördüyümüz işlərlə bağlı planlanma etmək lazımdır. Maraqlı bir səhər yeməyi hazırlamaq olar, bundan sonra mütaliə və oyun saatlar təşkil etmək olar. Bununla bağlı məntiq və zəka oyunları var və hansı ki, uşaqlar bunu heç vaxt ailələrindən görməyib. Bununla yanaşı, yarımçıq qalmış kitabı oxumaq olar, çoxdandır ki, izləmək istədiyiniz filmə baxa bilərsiniz. Uşaqlarla səmərəli gözəl bir vaxt keçirmək olar. Xoşbəxtlik ancaq bayırda, restoranda, dəniz sahilində deyil. Təbii ki, biz də mütəxəssis və insan olaraq əvvəlki həyatımızı, işimizi istəyirik. Amma indi mövcud vəziyyətlə bağlı depressiyaya düşməkdənsə, panik atakla yaşamaqdansa, hər gün neqativə köklənməkdənsə, ailənizlə iki gün ömrünüz qalmış kimi gözəl vaxt keçirin. Məsələn, karantin dövrün deyilənə görə hələ bir müddət davam edəcək. İnsan istəsə, özünə şərait qura bilər, amma neqativə köklənərək heç nə bacarmadığını deyərsə, daha da pis vəziyyətə düşə bilər”.

0