Toy deyəndə demək olar ki, hamımızın ağlına 300-400 nəfərlik salon, əsl azərbaycansayağı boş yer qalmayan süfrə, böyük məsrəfli məclis gəlir.
Bu gün də bizə bu imkanı versələr, toy salonlarında növbə üstündə yəqin ki, dava düşər. Amma həyatımıza daxil olan koronavirus istəsək də, istəməsək də bizə yeni reallıqlar gətirib.
Baku TV yeni dövrün reallıqlarına uyğunlaşmağa çalışan, bir neçə gün əvvəl ev şəraitində evlənərək sosial mediada populyarlaşan gənclər - Ramal və Sərfinazdan maraqlı reportaj hazırlayıb.