Yol polisi halı pisləşən vətəndaşı postdan evinə aparıb - VİDEO

ÖLKƏ
18:00 / 15.06.2020
1088

Yol polisi əməkdaşları halı pisləşən vətəndaşı xidməti avtomobil ilə evinə çatdırıblar.


YPX.AZ xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində baş verib.


Belə ki, rayon ərazisində qurulan yoxlama-buraxılma postunda xidmət aparan 99 YP 267 dövlət qeydiyyat nişanlı xidməti avtomobildə xidmət aparan polis əməkdaşları halı pisləşən vətəndaşı xidməti avtomobilə əyləşdirərək evinə çatdırıblar.
Qeyd edək ki, həmin inspektorlar Nərimanov Rayon Dövlət Yol Polis İdarəsinin əməkdaşları olublar.

0
Ypx.az