Rayonlardan Bakıya gəlmək istəyənlərin DİQQƏTİNƏ

ÖLKƏ
17:34 / 15.06.2020
1260

İyunun 14-ü saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında sərt karantin rejimi tətbiq edilib.


Sərt karantindən öncə digər şəhər və rayon qeydiyyatında olanların əksəriyyəti öz regionlarına dönüblər.


İşi paytaxt Bakıda olanlar isə çox halda sabah işdə olmaq üçün bu gün Bakıya qayıtmaq istəyirlər. Qaydalara əsasən isə paytaxtda sərt karantin rejimi sabah səhər saat 06:00-dək hökm sürdüyündən giriş qadağandır.


Mütəxəssislər Bakıya gəlmək istəyənlərə bu gün dönməməyi məsləhət görürlər.


Səhər saat 06:00-dan isə icazəsi olanlar Bakıya gələ biləcəklər.(qazet.az)

0