İmkansız ailələrə ayrılan payı mənimsəyən məmur barədə məhkəmə qərarı - Rüşvət ittihamı

ÖLKƏ
11:35 / 16.06.2020
1214

Rüşvət almaqda ittiham olunan İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Musavat.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsi istintaq orqanının təqdimatına əsasən Məhərrəm Əhmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətini uzadıb.

Məhərrəm Əhmədovun barəsində istintaq davam edir.

Qeyd edək ki, Məhərrəm Əhmədov Baş prokuror yanında Korrupsiya İdarəsi tərəfindən vəzifə başında olarkən həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Aparılmış tədbirlərlə Məhərrəm Əhmədov tərəfindən qanunsuz ödənişlər müqabilində “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Nazirlər Kabinetinin 2 aprel 2020-ci il tarixli 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyənləşib.

0