“Sədərək” bazarında koronavirus təhlükəsi - FOTO

ÖLKƏ
12:10 / 16.06.2020
1970

Ölkədə koronavirusa yoluxmanın sayı günbəgün artsa da, ticarət mərkəzlərində, bazarlarda karantin rejiminin qaydalarına riayət olunmur.

Hit.Az-ın əməkdaşı paytaxtın “Sədərək” ticarət mərkəzində olub və müşahidələr aparıb. Onun sözlərinə görə, bazarda sosial məsafə gözlənilmir, maska taxanların sayı isə çox azdır. 
Üstəlik, “Sədərək” TM-nin üstü elə bağlanıb ki, içəridə nəfəs almaq mümkün deyil. Bu da boğanaq, havasızlıq yaradır.

Ümumiyyətlə, ticarət mərkəzinin sahibi Yusif Qədimbəyli pandemiyaya qarşı bazarda heç bir önləyici tədbir görməyib. 

Onu da deyək ki, “Sədərək” TM-də ticarət çox zəifləyib. Karantin rejimi alış-verişə ciddi təsir edib.

1