İlham Əliyev “Microsoft”un vitse-prezidentiylə videokonfransda (FOTO)

ÖLKƏ
13:56 / 16.06.2020
1077

İyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

HİT.Az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə iştirak ediblər.

0