Dağıstanda azərbaycanlılarla qarşıdurmada 7 polis yaralandı – 93 nəfər saxlanıldı

ÖLKƏ
18:53 / 16.06.2020
1344

Rusiyanın Dağıstan bölgəsində yeddi asayiş keşikçisi sərhədi keçmələrini tələb edən Azərbaycan vətəndaşları ilə qarşıdurma nəticəsində yaralanıb.

Bu barədə məlumatı TASS agentliyi Rusiyanın Dağıstandakı İstintaq Komitəsinin mətbuat xidmətinə istinadən yayıb.

Bundan əlavə, qarşıdurma nəticəsində 5 xidməti maşına ziyan dəyib. Respublikanın Dərbənd bölgəsinin müvəqqəti icra başçısı Fuad Şıxıyev hadisədən sonra 93 Azərbaycan vətəndaşının saxlanıldığını bildirib.

Rusiya İstintaq Komitəsi hüquq-mühafizə orqanlarının işçilərinə qarşı zorakılığın tətbiqi ilə bağlı yoxlamaya başlayıb.

 

0
KONKRET.az