Deputat toylarla bağlı yeni format təklif etdi: 15 nəfərlik şənlik

ÖLKƏ
17:33 / 16.06.2020
1770

"Nikah bağlamalı, toyu 10-15 nəfərlikailə üzvü ilə keçirməlidirlər”.

HİT.Az xəbər verir ki, Sfera.az-a açıqlamasında busözləri karantinlə əlaqədar mövcud olan toy qadağasının götürülməsi vəyuxarısı 50 nəfərin iştirakı ilə toy şənliyinin keçirilməsinə icazə verilməsi məsələsinəmünasibət bildirərkən Milli Məclisin deputatı Fazil Mustafa deyib: "İndi koronavirus ölkəmizdəgüclənməyə başlayıb. İkinci dalğa gəlir.Ona görə də toy şənliklərinə icazə verilməsilə bağlı tövsiyyə verə bilmərəm. Amma10-15 nəfərlik ailə üzvü ilə toy tədbirinin keçirilməsi daha məqsədəuyğundur. Vətəndaş situasiyanı nəzərə alıb, yeni ailəninqurulması yolunda çalışmalarını belə gerçəkləşdirə bilər. Nikah bağlamalı, toyu da 10-15 nəfərlik ailəüzvü ilə keçirməlidir”.

"Məsələ dəqiqliklə araşdırıldığı,müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə toy şənliklərinəicazə verilə bilər”.

Bunu isə sayta açıqlamasında ictimai xadim Azər Allahverənov bildirib.

Onun sözlərinə görə, keçirilən toylar açıq havada olmalıdır: "Sonzamanlar bir sıra ölkələrdə olduğu kimi, açıq havada keçirilən toy məclislərininşahidi oluruq. Ancaq əsasən toy məclislərimizqapalı məkanlarda baş tutur. Toy məclislərinin keçirilməsilə bağlı ilk növbədəözümüz üçün qaydaları müəyyən etməliyik.Qaydalar da hansısa şərtlər əsasında olmalıdır. Kim zəmanət verə bilər ki, toyda olan 50 adamrəqs edəndə sosial məsafəni gözləyəcək?Toylar barədə danışırıqsa, pandemiyanın tüğyan etdiyi bir şəraitdə istənilən halda aydiyyatı qurumlar prosesi təhliletməli, ssenarini elə qurmalıdırlar ki, dediyimiz təhlükələr olmasın. Yənibütün şərtlərə uyğun olaraq qaydalar müəyyən olunmalıdır. Məsələ dəqiqliklə araşdırıldığı,müəyyən qaydaların tətbiqinə zəmanət veriləcəyi təqdirdə, düşünürəm ki,toy şənliklərinin icazəsi mümkün ola bilər”.

Ancaq həmsöhbətimiz bütün hallarda xidmət göstərən ofisiantlara nəzarətin zəif olduğu və toy məclislərində sanitar-gigiyenikqaydalara hələ də əməl edilməməsi fonundahələlik toy şənliklərinə başlamağın tez olduğu qənaətindədir: "Məclisdəxidmət göstərən ofisiantlar da virus daşıyıcısı ola bilərlər. Digər tərəfdən, toy məclislərinin eçirildiyiməkanlarda sanitar-gigiyenik qaydalara əməl edilməsi də problem olaraq qalır. Belədə, xoşagəlməz vəziyyət yarana bilər. Ona görə də ehtiyatlı olmaq lazımdır. Toylarıpandemiya təhlükəsi bitəndən, 1-2 il sonra da etmək olar. Hər şeyin başında insan sağlamlığıdurmalıdır. İnsanlar özləri öz təhlükəsizliyinitəmin etməyi bacarmalıdır. Sonra da bunu aydiyyatı qurumlardan tələb etməliyik”.

 

0