Neftçalanın icra başçısı rayondakı vəziyyətdən danışdı

ÖLKƏ
15:44 / 16.06.2020
1322

“COVID-19” pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarət saxlanılır. Həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma sayı aşağıdır.

HİT.Az xəbər verir ki, Modern.az-ın məlumatına görə, bunu Neftçala Rayon İcra Hakimiyyəti başçısı Mirhəsən Seyidov 100 günlük fəaliyyətilə bağlı onlayn mətbuat konfransında bildirib.

M.Seyidov qeyd edib ki, həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə işləri gücləndirilib:

“Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər  məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib”.

İcra başçısı deyib ki, rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlar onlayn şəkildə qəbul edilir.

M.Seyidov son günlər rayonda yaşanan içməli su problemilə bağlı məsələyə də aydınlıq gətirib:

“Əsas işlərdən biri də ekoloji problemin aradan qaldırılmasıdır. Bildiyiniz kimi,  Xəzər dənizinin Kür çayına qarışması nəticəsində rayona verilən içməli suda şoranlaşma müşahidə edilib. İcra Hakimiyyəti tərəfindən yaradılmış Operativ Qərargah tərəfindən hər gün monitorinqlər aparılır. Bugünkü göstəricilərdə normalar ümumi normadan 5-6 dəfə yuxarıdır”.

0