2 gündə 635 nəfər məsuliyyətə cəlb edildi - Karantini pozduğuna görə

ÖLKƏ
16:28 / 16.06.2020
1189

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejimini pozan sürücülərin sayını açıqlayıb.

BDYPİ-dən HİT.Az-a verilən məlumata görə, 14.06.2020-ci il saat 00:00-dan 16.06.2020-ci il 06:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

0