"Bəhram Bağırzadənin ölüm xəbərinə inanmayın" - Tahir İmanov

ÖLKƏ
09:31 / 17.06.2020
1810

Əməkdar artist Cabir İmanov  "Bakılı oğlanlar” komandasının üzvü, aktyor Bəhram Bağırzadə haqqında yayılan ölüm xəbərini təkzib edib. 

HİT.Az-ın xəbərinə görə, sosial şəbəkə hesabında paylaşım edən aktyor B.Bağırzadənin sağ olduğunu bildirərək  yayılan informasiyalara inanmamağı məsləhət görüb: “Çoxsaylı zəngləri nəzərə alıb yazıram. Bəhram sağdır. Heç bir sayt, informasiya agentlikləri, məlumatçı blogerlər, operator həkimlərə inanmayın. Çalışacam hər gün Bəhram haqqında məlumat verim. Onun ölüm xəbərini yayan, haqqında klip çəkən və klinikadan başqa adamın videosunu çəkən adamlara fikir verməyin".

0