Bakı çimərliklərində vəziyyət necədir? - VİDEOREPORTAJ

ÖLKƏ
19:17 / 17.06.2020
1726

Azərbaycanda çimərlik mövsümü başlayıb.

"Report"un məlumatına görə, koronavirus pandemiyası səbəbindən çimərliklərdə sıxlıq müşahidə olunmur.

Bakı sakinlərinin ən çox üz tutduqları məkanlardan biri də Mərdəkan çimərlikləridir. Burada azsaylı da olsa istirahət edənlər var.

Vətəndaşların istirahətinin təşkili üçün çimərlik ərazilərinə oturacaq qoyulub və girişlərdə dezinfeksiyaedici məhlullar yerləşdirilib.

Dəniz sahilində bəzi çalışanlardan başqa demək olar ki, tibbi maskadan istifadə edən yoxdur. Fövqəladə Hallar Nazirliyinin xilasetmə xidmətinin əməkdaşları çimərliyə nəzarət edirlər.

İstirahət edənlər çimərlikdən razı olduqlarını bildiriblər. Onlar yay mövsümündə "dənizsiz qala bilməyəcəklərini" deyib...

0