Paytaxtın 1 saylı Kliniki Tibbi Mərkəzi bağlanıb.
HİT.Az "MediaPost"a istinadla xəbər verir ki, “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəz sabahdan pandemiya xəstəxanası kimi fəaliyyətə başlayacaq.
Artıq bir neçə gündür ki, mərkəzə xəstə qəbulu dayandırılıb:
"Sabahdan etibarən COVID-19-a qarşı test nümunələrinin cavabları pozitiv (müsbət) çıxan xəstələr mərkəzə yerləşdiriləcək. Burada onların müalicə prosesi aparılacaq”.
1 saylı Kliniki Tibbi Mərkəzdən məlumatı təsdiqləyiblər.