Bakı Şəhər İcra Hakimiyyəti İlqar Məmmədova "yox" dedi

ÖLKƏ
16:23 / 17.06.2020
1431

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ Partiyanın (ReAL) təsis qurultayı keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib.

HİT.Az xəbər verir ki, bu barədə ReAL sədri İlqar Məmmədov "Facebook” hesabında məlumat paylaşıb.

Məlumata əsasən, cavabda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il tarixindən respublika ərazisində xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət 1 iyul 2020-ci il tarixədək uzadılıb. Mövcud vəziyyəti nəzərə alaraq, müraciətdə qeyd edilən məsələyə xüsusi karantin rejimi bitdikdən sonra BŞİH tərəfindən yenidən baxıla bilər.

İ. Məmmədov bildirib ki, dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyi, ya da başqa dövlət qurumu ilə qısa müzakirələrə başlamağa çalışacaqlar: "karantininə uyğun minimum sayda təsisçi ilə qurultay keçirməyə hazır olduğumuz müraciətimizdən aydın idi - təki başqa partiyalar kimi biz də dövlət qeydiyyatından keçə bilək". 

1