Keçmiş nazir sözçüsünə AzTV-də vəzifə verildi

17:21 / 17.06.2020
1653

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifəsinə yeni təyinat olub.

HİT.Az xəbər verir ki, bu vəzifəyə jurnalist Namiq Həsənov təyin edilib.

N.Həsənov məlumatı təsdiqləyib.

Qeyd edək ki, Namiq Həsənov uzun illər sabiq Nəqliyyat naziri Ziya Məmmədovun mətbuat katibi olub.

1