Bakıda avtomobil aşıb, ölən var - FOTO

09:30 / 18.06.2020
1213

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtoqəza Ziya Bünyadov prospektində qeydə alınıb.

"Samand" markalı minik maşını yüksək sürətlə hərəkətdə olarkən idarəetmədən çıxıb və aşıb. Nəticədə avtomobilin sürücüsü dünyasını dəyişib.

Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücünün meyitini çıxarmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.



APA

0