Ötən il boşanan 3460 qadın yenidən ailə qurub

ÖLKƏ
20:23 / 18.06.2020
1200

Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələrinin məlumatlarına əsasən, 2019-cu ildə 63 min 869 nikaha daxilolma halları qeydə alınıb. Dövlət Statistika Komitəsindən Azvision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, nikaha daxil olan şəxslərdən heç vaxt nikahda olmayan kişilərin sayı 57 min 331 nəfər, qadınların sayı 60 min 161 nəfər olub.

Ötən il boşanıb yenidən ailə quran kişilərin sayı 5703 nəfər, qadınların sayı 3460 nəfər olub.

 

0