Bu tarixlərdə xaricdə olan vətəndaşlar Azərbaycana gətiriləcək

ÖLKƏ
03:01 / 14.05.2020
1564

“18-31 may tarixlərində xaricdə olan vətəndaşlarımız Azərbaycana gətiriləcək”.

Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, bununla bağlı plan hazırlanıb:

“MDB, Avropa İttifaqına üzv olan və olmayan qitə ölkələrində qalan vətəndaşlarımız gətiriləcək”.

İlhamə Əbülfət

1
Oxu.az