Karantin rejiminin ciddiləşməsi ilə əlaqədar çimərliklərdən istifadəyə məhdudiyyət qoyulacaq.
Hit.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, SMS icazəsi ilə insanların parklara gedişinə imkan veriləcək.