Tünd rəngli problemləri Milli Məclisə daşımayın, antimilli qüvvələr... - Fəzail Ağamalı

ÖLKƏ
11:49 / 19.06.2020
1152

“Mən deputat həmkarlarımdan xahiş edirəm ki, seçildiyi rayonlarda olan tünd rəngli problemləri Milli Məclisin tribunasına daşımasınlar”.

Bu fikri deputat Fəzail Ağamalı parlamentdə səsləndirib. 

Onun sözlərinə görə, bu problemlərdən antimilli qüvvələr istifadə edə bilər: “Yaxşı olar ki, deputatlar bu problemləri aidiyyatı qurumların qarşısında qaldırsınlar. Mən deputat həmkarlarımdan bunu xahiş etmək istəyərdim”.

1