Putin məxfi kabinetini jurnalistlərə göstərdi - VİDEO

ÖLKƏ
12:13 / 19.06.2020
1769

Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının jurnalistinə Kremldəki məxfi kabinetini göstərib.

Kadrlar “Vesti” proqramında nümayiş etdirilib.

V.Putin bildirib ki, otaqda ictimaiyyət üçün açıq görüşlər keçirilmir. Məxfi otağın yemək və istirahət bölümləri də var.

“Amma sizə xəbərdarlıq edirəm - mən orada heç nə hazırlamamışam, buna görə də orada yalnız iş atmosferi mövcuddur”, - deyə V.Putin jurnalistə bildirib.

Kabinetin interyeri işıqlıdır, iş stolunun yanında uşaq şəkilləri və prezidentə hədiyyə edilmiş əşyalar var. Divardan Rusiya imperatoru I Pyotrun portreti asılıb.

 

0
oxu.az