2 həftəlik sərt karantinlə bağlı yardım veriləcək? - Nazir cavabladı

20:25 / 19.06.2020
2306

“Pandemiya nəticəsində iqtisadi fəallıq zəifləyib”.

Bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə bağlı da bəzi müzakirələr gedir, bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq:

“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə var. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq"

1