Tanınmış idmançı Kamil Zeynallı ilə bağlı sosial şəbəkələrdə video yayılıb.
HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, görüntülərdə Kamilin maşından düşərək naməlum bir şəxsə hücum etdiyi əks olunub.
O, qarşı tərəfə yumruq zərbələri vurub və qeyri-etik sözlərdən istifadə edib. Davaya polis əməkdaşları qarışıb, onlar Kamili hadisə yerindən uzaqlaşdırmağa çalışıblar.
Qeyd edək ki, videonun harada və nə zaman lentə alınması barədə məlumat yoxdur.
Xatırladaq ki, K. Zeynallı mayın 12-də Nərimanov rayonu ərazisində karantin rejiminin qaydalarını pozduğu üçün saxlanılaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutka müddətinə inzibati həbs edilmişdi.