Azərbaycanda daha bir həkim koronavirusa yoluxdu

16:38 / 19.06.2020
1169

Azərbaycanda daha bir həkimin COVİD-19 testi müsbət çıxıb.

HİT.Az xəbər verir ki, BakuPost-un məlumatına görə, söhbət Cəlilabad Müəlicə və Diaqnostika Mərkəzinin həkimi Balağa Pənəliyevdən gedir.

Onun analiz nəticələri bu gün səhər saatlarında açıqlanıb. Həkim karantinə götürülüb.

Bu xəstəxananın virusa yoluxan ikinci terapevtidir. Daha öncəki fakt zamanı həkimi yoluxduran onun baxdığı xəstələrdən biri olmuşdu.

0