Xırdalanda 6 yaşlı qızı döyərək öldürən atalığın cinayəti (VİDEO)

ÖLKƏ
04:55 / 14.05.2020
1673

Xırdalan şəhərində 6 yaşlı qız uşağını döyərək öldürən Elnar Hacıyevin cinayət işi.

2016-cı il iyulun 30-da Abşeron RPİ-nə 6 yaşlı Ramilə Abdulxalıqovanın Xırdalan şəhərindəki yaşadığı evdə ölməsi barədə məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, döşəməyə suyu dağıtdığına görə, köməksiz vəziyyətdə olan azyaşlını anası ilə qeyri-rəsmi yaşayan Elnar Hacıyev döyüb.

Cinayəti törətməkdə şübhəli bilinən 34 yaşlı Elnar Hacıyev tutulub.

İstintaqın gedişində məlum olub ki, 2016-cı ilin yanvar ayından Elnar Hacıyev anasına məxsus evində qeyri-rəsmi olaraq Samirə Yarıyeva ilə yaşayıb.

İyulun 29-da azyaşlı Ramilə Abdulxalıqova suyla dolu qabı otaqdan çölə çıxararkən qabdakı suyu evə dağıdıb. Bundan əsəbləşən Elnar Hacıyev azyaşlını cəzalandırmağ üçün onun bədəninə yurmuq və təpiklə çoxsaylı zərbələr endirib. Sonra isə uşağın qulaqlarından tutub onu mətbəxin divarına və döşəməsinə çırpıb. Zərbələrin təsirindən uşağ huşunu itirib. Elnar Hacıyev daha sonra azyaşlı qızı ayıltmaq üçün siqareti yandlraraq qızın ayagına və sifətinə toxundurub. Lakin qız ayılmayıb.

Aldığı xəsarətlərdən azyaşlı dünyasını dəyişib.

Hadisənin təfərrüatları barədə daha ətraflı videonu təqdim edirik.

1
ARB