Ramin Bayramlı koronavirusa yoluxub? - Rəsmi açıqlama

ÖLKƏ
15:52 / 19.06.2020
1586

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlının koronavirusa yoluxması ilə bağlı iddialar səsləndirilib.

HİT.Az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Ramin bəyin virusa yoluxması ilə bağlı yayılan məlumatlar yalandır. O, hazırda iş başındadır.

Ramin Bayramlı tibb müəssisələrinə səfərlər etdiyinə görə, mütəmadi olaraq testden keçirilir və nəticələri neqativdir”, - deyə R. Əliyeva bildirib.

0