Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) koronavirusa yoluxan əməkdaşlarının sayı artıb.
HİT.Az xəbər verir ki, bu barədə Modern.az-a ETSN mətbuat katibi İradə İbrahimova məlumat verib. O qeyd edib ki, nazirliyin 8 əməkdaşında koronavirus aşkarlanıb:
“Bu saat üçün 8 əməkdaşımızın COVİD-19 testi pozitiv çıxıb. Əməkdaşlarımızın sosial izolyasiya rejimində müalicəsi həyata keçirilir. Vəfat edən olmayıb”.