Bakının giriş-çıxışındakı postlarda yoxlamalar daha da ciddiləşdirilib.
Bununla bağlı İTV postlardan sujet yayımlayıb. Kadrlardan görünür ki, karantindən öncə bölgələrə getmək istəyən Bakı qeydiyyatlı, icazəsi olmayan şəxslər geri qaytarılıb.
Həmçinin paytaxta daxil olmaq istəyən sürücü və sərnişinlərin sənədləri də ciddi yoxlanılır. İcazəsiz şəxslərə Bakı, Sumqayıt və Abşeron ərazisinə keçməyə qadağa tətbiq olunur.
“Qafqazinfo”