Bu vəziyyət hələ uzun müddət davam edəcək - Kamran Əliyev

ÖLKƏ
12:54 / 20.06.2020
965

Rayon və şəhərə gedib-gəlmək icazəsi olan şəxslərin hərarətinin postlarda ölçülməsi mümkün haldır.

Bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Lakin bunu tibb mütəxəssisləri həyata keçirsə, daha doğru olar. Hər halda hərarəti olan şəxslər bunu nəzərə alıb, yola çıxmazlar. Hələ ki, temperaturun ölçülməsi nəzərdə tutulmur", - o bildirib.

K.Əliyevin sözlərinə görə, bu günə qədər xəstələrin dövrü müayinə və müalicəsi ilə bağlı arayışlar ən çox Siyəzən rayonunda verilib.

TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün əsl vətənpərvər, xalqını sevən insan ölkəmizin çətin sınaq qarşısında olduğunu başa düşməlidir:

"Sərhədlərin bağlanması, karantin rejimindən hər birimiz əziyyət çəkirik. Bizim də evimizə gələ bilməyən yaxınlarımız çoxdur. Qısa qapanma günlərində biz təması azaltmaq istəsək də, vətəndaşlar rayonlara axını etdilər".

O bildirib ki, bu vəziyyət hələ uzun müddət davam edəcək:

"Sadəcə ətrafınızda olan xəstələrə baxın. Mənim yaxınlığımda ailəiçi yoluxma halları çoxdur. Hazırda klastr şəklində ailədaxili yoluxmalar var. Biz qapanmaları düzgün yerinə yetirmədiyimiz halda yoluxmaları artırırıq".

0
Axar.az