Taksi sürücülərinə XƏBƏRDARLIQ

ÖLKƏ
15:29 / 20.06.2020
942

Karantin günlərində fəaliyyətinə icazə verilən taksilərdə şəffaf arakəsmələr olmalıdır.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, taksilərdə 2 nəfərdən artıq şəxs olmamalıdır: "Taksidə oturan şəxslər mütləq maskada olmalıdır. Maskasız hərəkətə icazə verilməyəcək. Bu məsələ taksi sürücüləri və sərnişinlər tərəfindən nəzərə alınmalıdır".

1
Modern.az