Xaricdən gələn azərbaycanlılar evə getmək üçün SMS icazəsi almalıdır?

17:23 / 20.06.2020
1017

Xaricdən Azərbaycana gələn vətəndaşların təyyarədən düşdükdən sonra evinə getməsi üçün SMS icazə almasına ehtiyac yoxdur.

Bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) sədri Ülvi Mehdiyev bildirib.

Ü.Mehdiyev qeyd edib ki, onların pasportundakı ştamp evlərinə getmələri üçün kifayət edir.

Onun sözlərinə görə, xaricə uçacaq vətəndaşların da yoxlama zamanı biletlərini göstərmələri kifayətdir.

0
Modern.az