Ziya Bünyadov prospektində iki qəza baş verdi - Yolda sıxlıq var (FOTO)

ÖLKƏ
18:00 / 20.06.2020
1096

Bakıda, Ziya Bünyadov prospektinin müxtəlif hissəsində iki yol-nəqliyyat hadisəsi olub.

Trend-in məlumatına görə, ilk hadisə "Koroğlu" metrostansiyası istiqamətində Ə.Rəcəbli küçəsi ilə kəsişmədə, körpünün üzərində baş verib. Hazırda hadisə baş verən hissəyədək sıxlıq müşhidə olunur.

Digər qəza da prospektin "Koroğlu" metrostansiyası istiqamətində Atatürk prospekti ilə kəsişmədə, körpünü enən hissədə qeydə alınıb.

Yolun bu hissəsində də sıxlıq müşhidə edilir.

0